AZ

Aya Yerin 275 dilinin olduğu kapsul göndəriləcək

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) planetimizin digər mədəni irsi haqqında biliklərlə yanaşı, Ayda Yer kürəsinin 275 dili haqqında məlumatı qorumaq niyyətindədir.

Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Məlumat kapsulu Yaponiyanın özəl “Ispace” şirkətinin “Hakuto-R” avtomatik modulunun göyərtəsində yerləşdiriləcək.

UNESСO-dan verilən məlumata görə, bu arxiv qlobal fəlakət baş verərsə, bəşəriyyətlə bağlı bəzi məlumatların saxlanılmasına kömək edəcək.

“Ispace”in ilk Aya eniş aparatı “Hakuto-R” 2022-ci ilin dekabrında şirkətin pilot missiyasının bir hissəsi olaraq buraxılıb. 25 aprel 2023-cü ildə Aya eniş cəhdi zamanı cihaz bort kompüterindəki xəta səbəbindən qəzaya uğrayıb.

“Ispace”in Ay səthinə çıxmaq üçün növbəti cəhdi 2024-cü ilin qışına planlaşdırılıb. Yeni “Hakuto-R” modeli ilə birlikdə Yerin peykinə kiçik bir lunoxod göndəriləcək.

“Ispace” artıq 2026-cı ildə baş tutacaq üçüncü Ay missiyasını planlaşdırır. Bu zaman 500 kiloqrama qədər faydalı yük daşıya bilən daha böyük və müasir “Apex 1.0 “modulundan istifadə ediləcək.

Mənbə: gazeta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12789
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9713
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8822
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2630
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2267
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2038
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1893
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1731
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1319
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1247
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
820
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
573
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
530
Arda Gülər dayanmır, yenə fərqləndi -
524
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
474
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
449
Arda dubl etdi - VİDEO
425
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
424