AZ

UEFA Çempionlar Liqasında “Borussiya” - “Real” finalı olacaq!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu finalçı İspaniyada müəyyənləşib.

Bu ölkənin ən güclü komandası “Real” doğma meydanda Almaniya nəhəngi “Bayern”lə üz-üzə gəlib. Bu komandaların Münhendəki ilk qarşılaşmasında heç-heçə (2:2) qeydə alınmışdı. Madriddəki görüşdə hesabı qonaqlar açıblar. Amma İspaniya nəhəngi son dəqiqələrdə vurduğu ardıcıl iki qol sayəsində bu matçdan əzmkar qələbə ilə ayrılıb və finala yüksəlib.

Xatırladaq ki, daha ncə Almaniyanın “Borussiya” (Dortmund) kollektivi Fransa çempionu PSJ-ni hər iki oyunda 1:0 hesabıyla məğlub edərək finala vəsiqə qazanmışdı.

UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
8 may

“Real” (İspaniya) – “Bayern” (Almaniya) 2:1
Qollar: Xoselu, 88; 90+1 – Alfonso Deyvis, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid. “Santyaqo Bernabeu” stadionu.
İlk oyun – 2:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
36
Mənbələr
Şərh ()
Bağla