AZ

Baş nazir cinayətkar keşişi hədələdi

"ASALA" terror təşkilatının üzvü Baqrat Qalstanyana köməyə gəlib

“Demarkasiya prosesinin dayandırılması, yəni Ermənistan üçün təhlükəsizlik təminatlarının formalaşdırılması prosesinin durdurulması təklif edilir. Amma əslində bu, təklif deyil, hökumətdən ciddi tələbdir."

 Ermənistan mediasına istinadən xəbər verilir ki, baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkata və bu hərəkatın irəli sürdüyü tələblərə toxunarkən bu sözləri işlədib. Baş nazir sözünün ardında sülh prosesinə əngəl törətməyə çalışan keşiş Baqratı hədələməkdən çəkinməyib. “Deyirsiniz, prosesi dayandırın, amma bundan sonra nə olacaq? Və bir şey olacaq - müharibə başlayacaq. Üstəlik, belə olan halda müharibə qeyri-qanuni sayılmayacaq. Demarkasiyaya son qoyulmasını tələb edən qüvvələr həm bu qüvvələrin, həm də xarici qüvvələrin dəstəyi ilə Ermənistandan yeni ərazilər zəbt etmək üçün hər şeyi edəcəklər ki, bundan ölkədə siyasi dəyişikliklər üçün istifadə etsinlər”, - deyə Paşinyan bildirib.

Ssenariyə görə Tavuşda təşkil edilən etiraz aksiyaları sonda baş nazir Nikol Paşinyanın devrilməsinə hesablanıb. Paşinyan bunu yaxşı başa düşür və ciddi tədbirlər görməkdən çəkinməyəcəyini açıq surətdə söyləyir. Ona görə də hazırda etirazçı kütlənin yürüşünü İrəvana yönəldən keşiş Qalstanyanın tərəfdarlarına güc tətbiq olunacağını istisna etməyib.  Bu barədə o, jurnalistlər üçün keçirdiyi mətbuat konfransında geniş danışıb. Paşinyan başıpozuq arxiyepiskopa barmaq silkələyərək açıq xəbərdarlıq edib: “Kimsə qeyri-qanuni hərəkət edəcək ki, kobud güc mövzusu gündəmə gətirilsin? Siz bura gələndə kobud gücə məruz qalmısınız? Qanunsuz heç bir şey etmədiyiniz üçün müraciət olunmadı. Amma burada qumbara çıxarmağa çalış, at, sənə qarşı mümkün olan ən kobud güc tətbiq olunacaq”.

Günlər keçdikcə, etirazçılar Tavuşa yaxınlaşdıqca keşiş Baqratın dəstəsinə qoşulan cinayətkarların da sayı artmaqdadır. Qatillərin buraya toplaşması ilə başıpozuq dəstə bir qədər də ümidlənir. Türkiyənin Kaliforniya ştatındakı konsulunu qətlə yetirən "ASALA" terror təşkilatının üzvü Ambik Sasunyan da Ermənistana gələib və delimitasiyaya etiraz edən Tavuş sakinlərinə qoşulub. O, qucaqlaşıb-öpüşdyü keşiş Baqratın yanında olacağını, ona dəstək verəcəyini bildirib.

Qeyd edək ki, terrorçu Ambik Sasunyan 1982-ci ildə Türkiyənin Kaliforniyadakı konsulu Kemal Arıkanı qətlə yetirib. Sasunyan törətdiyi qətlə görə 1984-cü ildə ömürlük həbs cəzasına məhkum olunsa da, 2021-ci ilin fevral ayında Los-Anceles Ali Məhkəməsi terrorçunun azadlığa buraxılmasına qərar verib. Çox güman ki, belə ağır cinayət işlədən caninin ömürlük həbsdən azad edilməsində oradakı erməni diasporu var qüvvəsini sərf edib. Bir sözlə, haradan azan-təzən varsa keşiş Baqratın yanına gəlir, hayları hökumətə itaətsizliyə, ordunu isə əmrlərə tabe olmamağa çağırır. Ancaq bunlara baxmayaraq onların hərəkətlərini pisləyən ermənilər də az deyil. Müharibələrdən bezmiş həmin adamlar Azərbaycanla Ermənistan arasında baş verəcək yeni münaqişəni istəmədikərini bildirirlər. Bir çoxları bildirir ki, azərbaycanlılarla birgə yanaşı yaşamağa da razıdırlar. Əvvəlki kimi...

Vəli İlyasov, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12789
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9713
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8822
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2630
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2270
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2042
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1893
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1731
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1319
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1247
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
820
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
573
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
533
Arda Gülər dayanmır, yenə fərqləndi -
524
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
474
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
449
Arda dubl etdi - VİDEO
425
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
425