AZ

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ukraynada

Kiyev, 9 may, AZƏRTAC

Ukrayna Ali Radası məhbusların könüllü səfərbər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinə görə, qəsdən adamöldürmə, zorlama törətmiş və pedofil şəxslərlə yanaşı, milli təhlükəsizliyin əsaslarına qarşı cinayətlər törətmiş korrupsionerlər, habelə xüsusi məsul vəzifə tutmuş şəxslər – xüsusən də deputatlar və nazirlər Ukrayna silahlı qüvvələrinin sıralarına daxil ola bilməzlər.

Yalnız ağır cinayət törətməmiş məhbuslar könüllü olaraq səfərbərliyə cəlb olunacaqlar.

Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin rəhbəri Yelena Şulyak bildirib ki, qəbul edilmiş qanuna əsasən, məhkumlar Ukrayna silahlı qüvvələrinin sıralarına yalnız öz istəkləri ilə və məhkəmənin qərarı ilə daxil ola bilərlər. Əvvəlcə şərti azadlığa namizəd müvafiq ərizə təqdim edir və cəzaçəkmə müəssisəsi onun Ukrayna Dövlət Penitensiar Xidmətinin səhiyyə müəssisələrində ilkin tibbi müayinədən keçməsini təşkil edir, çünki yalnız kifayət qədər fiziki hazırlıq səviyyəsinə malik olan məhkumlar və ruhi cəhətdən sağlam olanlar səfərbər olurlar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq