AZ

Peskov: “Rusiya ilə Ermənistan arasında müəyyən problemli mövzular var”

Rusiya ilə Ermənistan arasında münasibətlərdə müəyyən problemli mövzular var, lakin Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aparılan danışıqların mürəkkəbliyini şişirtmək olmaz.

APA xəbər verir ki, bunu mayın 8-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Danışıqların mürəkkəbliyini şişirtməyə ehtiyac yoxdur. Əlbəttə, bizim ikitərəfli münasibətlərimizdə müəyyən problemli mövzular var, lakin digər tərəfdən, iki ölkə arasında qarşılıqlı əlaqə nə qədər dürüst olarsa, münasibətlər kompleksi bir o qədər geniş olar və müxtəlif problemlər yarananda biz bir o qədər tez-tez görüşürük”, - Peskov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
273
5
Mənbələr
Şərh ()
Bağla