AZ

AYİB Azərbaycana investisiyaları artırmağı planlaşdırır - Natalya Mouravidze (Özəl müsahibə)

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanainvestisiyaları artırmağı planlaşdırır.

Bu barədə Trend-ə özəl müsahibəsində AYİB-in Azərbaycandakınümayəndəliyinin rəhbəri Natalya Mouravidze bildirib.

“Azərbaycandakı hazırkı layihələr portfelimiz 937 milyon avrotəşkil edir”, - o, bankın region iqtisadiyyatına verdiyi töhfəninvacibliyini vurğulayaraq bildirib.

“Təkcə ötən il biz Azərbaycan iqtisadiyyatına 156 milyon avrosərmayə qoymuşuq. Burada fəaliyyət göstərdiyimiz üç onillik ərzindəbiz Azərbaycan iqtisadiyyatına 3,6 milyard avrodan çox sərmayəqoymuşuq”, - Mouravidze əlavə edib.

"İstər Gəncədəki “yaşıl şəhərlər”ə, istər Qaradağda günəşelektrik stansiyasına, istərsə də Abşeronda və Xızıda tikilən ənböyük kommunal miqyaslı külək elektrik stansiyasınasərmayələrimizin mühüm aspekti yaşıl iqtisadiyyatın inkişafınayönəldilmiş investisiyaların diqqət mərkəzində olmasıdır", - deyə obildirib.

Mouravidze vurğulayıb ki, AYİB-in Azərbaycanda investisiyafəaliyyətinin daha da genişləndirilməsi planları dəyişməz olaraqqalır və bu, Bankla ölkə arasında iqtisadi inkişaf sahəsindəstrateji tərəfdaşlığı təsdiqləyir.

O qeyd edib ki, bank Azərbaycanın iqtisadi tərəqqisini və onunyaşıl keçidini dəstəkləməyə sadiqdir.

“Biz Azərbaycanın iqtisadi tərəqqisini və onun yaşıl keçidinidəstəkləməyə sadiqik. Biz ölkə üçün bir sıra strateji əhəmiyyətlilayihələrin maliyyələşdirilməsi, eləcə də maliyyə institutlarınınvə yerli biznesin dəstəklənməsi üçün Azərbaycanın dövlət və özəlsektorları ilə əməkdaşlıq perspektivlərindən razıyıq”, - o, qeydedib.

Mouravidze vurğulayıb ki, ölkənin inkişafına müsbət təsirgöstərmək üçün hər bir layihə fərdi şəkildə qiymətləndirilir.

O, həmçinin qeyd edib ki, hazırda özəl sektorla bir sıra mühümlayihələr üzrə danışıqlar aparılır.

Mouravidze əlavə edib ki, Azərbaycan Orta Dəhliz ticarət yolununinkişafı istiqamətində mühüm addımlar atır.

"Bizim iqtisadçılarımız qeyd edirlər ki, Orta Dəhliz ticarətmarşrutunun inkişafı və bərpa olunan enerji mənbələrinin təşviqiistiqamətində mühüm addımlar atılır", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda informasiya texnologiyalarısektorunun inkişafına və iqtisadiyyatın rəqəmsallaşmasına dəstəkartır.

“Yeni vergi qanunvericiliyi İT sənayesini gücləndirir, kapitalbazarının inkişafı isə bazar iştirakçılarına qiymətli kağızlarıonlayn buraxmağa imkan verən yeni rəqəmsal platforma iləgücləndirilir. İnanırıq ki, kommunikasiyaya əlavə investisiyalar,bərpa olunan enerji üçün təkmilləşdirilmiş qanunvericilik vətənzimləyici bazalar və qeyri-neft sektoruna əlavə investisiyalargələcəkdə davamlı iqtisadi diversifikasiyaya səbəb olacaq", - deyəo bildirib.

Ölkənin iqtisadi inkişaf perspektivlərindən danışan Mouravidzebiznesin inkişafı və beynəlxalq investorların cəlb edilməsi üçünəlverişli mühitin yaradılmasına kömək edən müxtəlif sektorlaradavamlı investisiya qoyuluşunun zəruriliyini vurğulayıb.

Cənub Qaz Dəhlizinin (CQD) potensial genişləndirilməsi ilə bağlısualı cavablandıran Mouravidze qeyd edib ki, AYİB CQD-ningenişləndirilməsində Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdənkeçirməyə hazırdır.

Mouravidze AYİB-nin 30 ildir Azərbaycanın tərəfdaşı olduğunuvurğulayaraq, ölkənin Energetika Nazirliyi ilə son dərəcə əlverişliəlaqələrin qurulduğunu vurğulayıb.

“Əvvəllər AYİB “Şahdəniz II”, TANAP və TAP-ı maliyyələşdirməkləCənub Qaz Dəhlizinə dəstək verib. Bununla belə, Bankın bu layihənimaliyyələşdirə bilməsi üçün o, Paris Sazişinin məqsədlərinə vəBankın qalıq yanacaqlara yanaşmasına uyğun olmalıdır”, - deyə obildirib.

Qeyd edək ki, 29 fevral 2024-cü il tarixinə AYİB-in Azərbaycandalayihələrinin kredit portfeli 937 milyon avro məbləğindəqiymətləndirilib, kredit portfeli 32 layihənin həyata keçirilməsiüçün nəzərdə tutulub.

Portfelin böyük hissəsi (90 faiz və ya 848 milyon avro)dayanıqlı infrastruktura investisiyalara, yeddi faizi (64 milyonavro) sənaye, ticarət və kənd təsərrüfatına, üç faizi (26 milyonavro) isə maliyyə institutlarına investisiyalara yönəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18509
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12969
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10291
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4619
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4305
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3441
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3219
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2735
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2426
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2164
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1654
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1148
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1021
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
917
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
812
Arda dubl etdi - VİDEO
805