AZ

Avropa Liqasında finalçılar müəyyənləşəcək - Bu gün

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutacaq və eyni saatda start götürəcək.

Bir müddət öncə tarixində ilk dəfə Almaniya çempionluğunu bayram edən “Bayer” İtaliya təmsilçisi “Roma” ilə bu dəfə doğma meydanda üz-üzə gələcək. Leverkuzen təmsilçisi səfərdə inamlı qələbə qazandığı üçün evdə nəinki heç-heçə, hətta minimal fərqlə məğlubiyyət halında da finala yüksələcək..

Digər yarımfinal görüşü isə İtaliyada baş tutacaq. Burada yerli “Atalanta” komandası Marsel “Olimpik”i qarşılaşacaq. Tərəflər Fransada keçirilmiş ilk oyundan heç-heçə ilə ayrılıblar. Bu üzdən də hər şeyə bugünkü cavab qarşılaşmasında aydınlıq gələcək.

Qeyd edək ki, Avropa Liqasında 2023/2024 mövsümünün final görüşü mayın 22-də Dublindəki “Aviva” stadionunda baş tutacaq.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
9 may

23:00. “Bayer” (Almaniya) – “Roma” (İtaliya)
Baş hakim: Danni Makkeli (Niderland).
Leverkuzen. “BayArena” stadionu.
İlk oyun – 2:0.

23:00. “Atalanta” (İtaliya) – “Olimpik” (Marsel, Fransa)
Baş hakim: Xesus Xil Mansano (İspaniya).
Berqamo. “Geviss” stadionu.
İlk oyun – 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
arena.az

1Mənbələr