AZ

Bu gün Xalq artisti Arif Məlikovun anım günüdür

Bu gün Xalq artisti Arif Məlikovun anım günüdür. Bəstəkarın vəfatından artıq 5 il ötür. 

BAKU.WS xəbər verir ki, Arif Cahangir oğlu Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib.

Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb.

Bəstəkar əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilib.

Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfonistdir. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirmişdir.

Arif Məlikovun əsərləri Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstan kimi dünyanın bir çox ölkələrində ifa olunub. 

Arif Məlikov Sehrli xalat (film, 1964), İyirmialtılar (film, 1966), Məhəbbət əfsanəsi (film, 1969), Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) -bəstəkar, dirijor, Hacı Qara (film, 2002), Dağlı çörəyi (film, 2007), Maestro (film, 2002) kimi ekran işlərində səsləndirilən majnıların bəstəkarı olub. 

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

Arif Məlikov 1979-cu ildə professor adına layiq görülüb. 1982-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyib.

Bəstəkar 2019-cu ilin bu günü, yəni mayın 9-da 86 yaşında vəfat edib. Arif Məlikov I Fəxri Xiyabanda dəfn olunub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17483
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12552
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10000
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4185
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3800
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3207
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3035
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2609
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2234
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2114
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1578
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1096
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1014
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
982
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
974
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
962
Mayın ilk gününün havası açıqlanıb
878
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777