AZ

Podratçılarımız Azərbaycanda 19,3 milyard dollarlıq layihə həyata keçirib - Türkiyənin vitse-prezidenti

Azərbaycana sərmayələrimizi artırmağa, Azərbaycanın infrastrukturunun, xüsusilə də işğaldan azad edilmiş ərazilərinin inkişafına yönəlmiş bütün layihələrə töhfə verməyə hazırıq.

Fins.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (KEK) imzalanma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, investisiyalara nəzər saldıqda, Türkiyənin Azərbaycana yatırdığı investisiyalar 13 milyard dollar səviyyəsinə çatıb:

"Azərbaycanın ölkəmizə qoyduğu investisiyaların həcmi 21 milyard dollar səviyyəsindədir. Podratçılarımız Azərbaycanda 19,3 milyard dollarlıq 526 layihə həyata keçirib".

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla