AZ

Şimali Makedoniyada ilk dəfə qadın prezident seçildi


Şimali Makedoniyada tarixdə ilk dəfə qadın prezident seçilib.
Yeniavaz.com
xəbər verir ki, ölkənin ən böyük müxalifət partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı – Makedoniya Milli Birlik Demokratik Partiyası”nın namizədi Qordana Silyanovska-Davkova mayın 8-də Şimali Makedoniyada keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 99,75 %-ni emalından sonra səslərin 65,14 %-ni qazanıb.
Ölkənin Dövlət Seçki Komissiyasının (DSK) məlumatlarına əsasən, seçicilərin 29,25 %-i “Makedoniya Sosial Demokrat İttifaqı”nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib.
Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirib, o, seçicilərə dəstəyə görə təşəkkür edib və bu andan etibarən respublikanın bütün vətəndaşlarının prezidenti kimi çıxış edəcəyini bəyan edib.
Digər tərəfdən, Şimali Makedoniyanın hazırkı rəhbəri Stevo Pendarovski də seçkilərdə məğlub olduğunu etiraf edib.
Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda keçirilən parlament seçkilərində də Pendarovskiyə yaxın olan hakim “Makedoniya Sosial Demokrat İttifaqı” məğlubiyyətlə üzləşir. O, cəmi 14,43% səs toplayıb və 42,33% səs toplayan müxalif “Sənin Makedonyan” koalisiyasından xeyli geridədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq