AZ

Amerikalı general həyəcan təbili çaldı: “Rusiya qitələrarası raket arsenalını artırıb“

Son bir ildə Rusiya “Avanqard” hipersəs qurğusu ilə təchiz olunmuş qitələrarası ballistik raketlərin arsenalını xeyli artırıb. News365.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının (AF) və Şimali Amerikanın Vahid Aerokosmik Müdafiə Komandanlığının (NORAD) rəhbəri, general Qreqori Gilyo Senatın Silahlı Qüvvələr Məsələləri Komitəsində çıxışı zamanı deyib.

“Son bir il ərzində Rusiya radarlardan və raketdən müdafiə sistemlərindən yayınmaq üçün nəzərdə tutulmuş "Avangard" hipersəs bloku ilə təchiz olunmuş ICBM-lərin arsenalını genişləndirdi”,- o qeyd edib.

General onu da vurğulayıb ki, Rusiya Federasiyası Cənub qütbündən Şimali Amerikaya çata biləcək ağır "Sarmat"lardan istifadəyə verməyə hazırlaşır. Bundan əlavə, Rusiya tərəfinə ilk zərbədən sonra dərhal cavab vermək qabiliyyətini təmin etmək üçün nəzərdə tutulmuş qeyri-məhdud mənzilli “Burevestnik” qanadlı raketləri və “Poseydon” pilotsuz sualtı silahları da daxil olmaqla eksperimental silah sistemləri hazırlanır.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
news365.az

1Mənbələr