AZ

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Bakı, 9 may, AZƏRTAC

Bu gün Türkiyənin İstanbul şəhərində Dünya Olimpiya Təsnifat turnirinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.

İlk görüşlərində Murad Məmmədov (60 kiloqram) Aleksandrs Yurkyansla (Latviya), Rafiq Hüseynov (87 kiloqram) İlyas Paqkalidislə (Yunanıstan), Murad Əhmədiyev (97 kiloqram) Riçard Karelsonla (Estoniya), Sabah Şəriəti isə (130 kq) Nikolaos Ntunyasla (Yunanıstan) qarşılaşacaq.

Qeyd edək ki, hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə qazanacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
4
Mənbələr
Şərh ()
Bağla