AZ

Rəhim Rəhimlinin son vaxtları: O, öləcəyini bilirdi? - VİDEO

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında bəstəkar-müğənni Rəhim Rəhimlidən bəhs olunub.

Mərhum sənətçi haqqında xatirələrini bölüşən dostları müğənninin yardımsevərliyindən danışaraq qeyd ediblər ki, o, heç vaxt bunun bilinməsini istəməyib.

"Çox əliaçıq insan idi. Elə olurdu ki, komandasının maaşları, yaxud qonorarları gecikəndə bayramqabağı olduğu üçün toyda qazandığı ilə onların pulunu verirdi", - aparıcı Zemfira Adıgözəlova deyib.

Prodüser Arif Məmmədov türkiyəli müğənni Halil Sezai Bakıya konsertə gələrkən Rəhim Rəhimlinin onunla görüşündən söz açıb:

"Rəhimə təklif edilmişdi ki, efirdə konsertin reklamını etsin. Əvəzində Halil Sezai də onun verilişində qonaq olacaq, başqa verilişə də çıxmayacaqdı. Çəkiliş vaxtı çatanda Halil Sezaidən xəbər çıxmadı. Sonra da dedilər ki, hoteldədir, içib, bayıra çıxmayacaq. Rəhim durub getdi hotelə, Halillə görüşdü. Rəhimə demişdi ki, proqrama qonaq olmağımdan xəbərim yoxdur. Rəhim elə hoteldə ondan müsahibə aldı".

Müğənni Murad Arif isə Rəhim Rəhimlinin həyatında oynadığı mühüm roldan bəhs edib:

"Rəhim Türkiyədən qayıtmışdı. Karyerasına necə davam edəcəyi barədə tərəddüdləri var idi. Çünki ölkədən küskün getmişdi. İsrar etdim ki, "Maşın şou"ya gəlsin. Rəhim verilişə gəlmək istəmirdi. Daha sonra onun saqqızını oğurladım və verilişə gətirdim. Rəhim "Maşın şou"dan sonra Azərbaycanın sevimlisi oldu".

Dostları onun öz ölümünü hiss etdiyini, canı ağrıdığını, amma bunu heç kimə bildirmədiyini, hər zaman pozitiv görünməyə çalışdığını deyirlər.

"Son vaxtlar əhvalı çox pis idi. Tez-tez gözləri dolurdu. Sanki öləcəyini bilirdi, ona hazır idi", - şair Könül Nazimqızı söyləyib.

Ətraflı süjetdə:


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33375
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23981
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18546
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11585
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11221
Helikopterin qalıqları tapılıb
10821
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7661
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6851
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6270
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5623
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4545
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3257
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2819
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2298
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2122