- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Açıqlamada 2025-ci il də daxil olmaqla, pul siyasətinin müvafiq dövrü ərzində inflyasiyanın hədəf ətrafında bir səviyyəyə yaxınlaşması strategiyasının qəbul edildiyi xatırladılıb. Qiymət sabitliyini təmin etmək kimi əsas məqsədə xələl gətirmədən bu qərar həm də iqtisadi dalğalanmaların (devalivasiya) yumşaldılması və tam məşğulluğun təşviqi deməkdir.
Bankın son həftəlik məlumatına görə, iqtisadçılar Selic-in 2024-cü ili 9,50 faizlə başa vuracağını gözləyirlər. Sorğunun 2025-ci ilin sonu üçün təxmini 9 faiz təşkil edib.
Braziliyada son aylarda istehlak qiymətlərinin artım tempi sabit olaraq qalıb. İnflyasiyanın sonuncu dəfə mart ayında 3,93 faiz olduğu açıqlanmışdı. 2022-ci ilin aprel ayında isə inflyasiya 12,13 faizə çatmışdı.
Braziliya Mərkəzi Bankının hesablamalarına əsasən inflyasiyanın bu ili BMB-nin 3,25 faiz hədəfindən yuxarı 3,72 faizlə başa vuracağı gözlənilir. Hesablamalarda iştirak edən iqtisadçılar inflyasiyanı gələn ilin sonuna 3,64 faiz proqnozlaşdırıblar.
Orxan Vahidoğlu, "İki sahil"
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.