AZ

Şəhid Ayaz Ağayev 30 il sonra dəfn edildi - İsmayıllıdan FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn edilib.

APA xəbər verir ki, şəhidin qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında torpağa tapşırılıb.

Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Ağayevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla