AZ

Sərəncam: Bu məşhurlara Prezident mükafatı veriləcək

Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Herbiand.az xəbər verir ki, sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları veriləcək.

Onlar arasında xalq artistləri Naibə Allahverdiyeva, Mehriban Zəki, əməkdar artistlər Mehriban Xanlarova, Əkbər Əlizadə, Təyyar Bayramov, Sənubər İsgəndərli, Elşən Cəbrayılov, Füzuli Hüseynov, Elnur Kərimov, Ayşad Məmmədov, aktrisa Zümrüd Qasımova, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə də yer alıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
10
Mənbələr
Şərh ()
Bağla