AZ

Putin Paşinyanın üzünə bunu "oxudu" - VİDEO

Ötən gün Kremldə baş tutan Putin-Paşinyan görüşünün mediaya açıq hissəsində əsasən "iqtisadi mövzular" gündəmə gətirildi. Daha doğrusu, bu, iqtisadi mövzulardan daha çox, Ermənistanın Rusiyadan nə qədər asılı olduğunun bir daha elan edilməsi idi.

Putin vərəqə yazdığı statistikanı Ermənistan baş nazirinin üzünə oxudu: Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə 7 milyard dolları keçib (daha dəqiqi, 7,3 milyard dolları aşıb). Putin 2015-ci ildən Ermənistanın Aİİ ilə ticarət dövriyyəsinin 14 dəfə (!!!) artdığını da xüsusi vurğuladı və bunları rekord göstərici adlandırdı: tarix boyu belə ticarət dövriyyəsinin Ermənistanla heç vaxt olmadığını bildirdi.

Anındaca əlavə etdi ki, Ermənistanın Rusiyaya ixracı kəskin artıb.

Rusiyalı ekspertlər, rəsmilər təsadüfən demirlər ki, Aİİ ölkələri ilə heç bir sərhədi olmayan Ermənistan bu qurumun ən böyük qazanc götürənidir.

Həqiqətən də elədir: 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Ermənistan Rusiyanın snaksiyaları dəlməsində olduqca rol oynayan "partnyoruna" çevrilib. O qədər ki, Ermənistanın bütün enerji strukturu Rusiyanın əlində olmasına baxmayaraq, Ermənistan tarixində ilk dəfə Rusiya ilə ticarət dövriyyəsində "müsbət saldo" əldə etdi - yəni Rusiyaya ixracı idxalını üstələdi.

Ermənistan əsasən BƏƏ-dən, o cümlədən Çin və Avropadan idxal etdiyi sanksiyalar altındakı malları Rusiyaya ixrac etməklə bu səviyyəyə çatıb. Buna görə Rusiyaya ixracı son bir ildə 5 dəfəyə yaxın artıb, o cümlədən BƏƏ və Çinlə ticarəti 2 milyardı aşıb; buna görə Ermənistan iqtisadiyyatı faktastik göstəricilər əldə edir.

Təsəvvür edin, bu ölkənin iqtisadiyyatı inkişaf edir, illik artım 12 faizin üstündədir, ancaq enerji istifadəsi 6 faizə yaxın azalıb. Dünyada elə bir ölkə varmı ki, iqtisadiyyatı böyüsün, 12,7 faiz illik artı olsun, ancaq enerji sərfiyyatı aşağı düşsün? Mümkünsüzdür, məhz analoqu olmayandır. Çünki Ermənistanın iqtisadi inkişafı yalnız və yalnız sanksiyaların dəlinməsi üzərindədir.

Rusiya Ukraynaya yağdırmaq üçün raketlərin hazırlanmasında lazım olan elektron avadanlıqları da Ermənistandan idxal edir. Bunu bütün Avropa bilir və dəfələrlə bu barədə ən nüfuzlu analitik mərkəzlər hesabatlar yayıblar. Ancaq Ermənistan bu cür xidmətin müqabilində KTMT ilə əlaqələri "dondurmaq" siyasi oyununu oynayır və nəticədə, Qərbin sanksiyalarından yayınaraq, Rusiyaya təkrar ixracçı kimi milyardlar qazanmağa davam edir.

Təsadüfi deyil ki, məhz dünən - 8 mayda Ermənistan XİN rəsmən bəyan etdi: İrəvan KTMT-nin maliyyələşməsini dayandırır! Bu açıqlamanı Ermənistan XİN Paşinyan Moskvada olarkən və Putinlə görüşə hazırlaşarkən yaydı. Guya bir gün öncə və yaxud sonra yaymaq olmazdımı? Bu nə oyundur?

Çünki Qərb bu səfərə ciddi yanaşır və diqqətlə izləyirdi. Paşinyan sanki Rusiya ilə razılaşmış formada Qərbə növbəti "jestini" etdi. Bununla Moskvaya səfərini "kompensasiya" etməklə bərabər, hərbi baxımdan Rusiyanın "nəzarətindən" guya çıxmağa davam etdiyini göstərməklə, əslində, Kremllə qurduğu iqtisadi oyuna qarşı mümkün təzyiqləri neytrallaşdırmağa çalışdı.

Ermənistan doğrudanmı Rusiyadan qopur? Ərazisində Rusiya ordusu, bütün enerji strukturları Rusiyanın əlində, qazı Rusiyadan gəlir, bu ölkədə ən böyük yatırımçılar rusiyalılardır və ən əsası - bütün iqtisadiyyatı Rusiyadan asılıdır: xarici ticarət dövriyyəsinin az qala 70 faizi də Rusiya ilə bağlıdır.

Paşinyan oyun qurub və külli miqdarda vəsait qazanır: hər Qərbə, həm də Rusiyaya sərf edən mövqe tutub.

Yeri gəlmişkən, Putinin Paşinyanla görüşdə heç də ciddi və sərt danışıqlara hazırlaşdığı qətiyyən hiss edilmirdi. Əksinə, kifayət qədər mehriban olduqları görünürdü... (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
333
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44296
Abdullahianın cəsədi tapıldı - FOTO
32719
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27074
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24769
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20149
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17808
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15154
Helikopterin qalıqları tapılıb
11771
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8166
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8053
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6970
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6925
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5918
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5366
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4952
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965