PSJ-nin baş məşqçisi Luis Enrike növbəti mövsüm üçün komandada qalacaq.
Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, klub funksionerləri ispaniyalının rəhbərliyi altında layihənin inkişafına inanır və Çempionlar Liqasının yarımfinalında “Borussiya” ilə uğursuz çıxışına (0:1, 0:1) baxmayaraq, onu qovmaq fikrində deyil.