AZ

Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək

May ayının 11-də Şuşa və Laçında "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı başlayacaq.

Bizim.Media xəbər verir ki, festival may ayının 13-dək davam edəcək.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın açılış konserti Cıdır düzündə keçiriləcək. Eyni zamanda, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışı da həmin tarixdə baş tutacaq.

Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq.
Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən məşhur xanəndə Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə bağlı keçirilib.1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb.Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
50
bizim.media

10Mənbələr