AZ

Azərbaycanda sürüşmə zonaları ilə bağlı son vəziyyət açıqlandı

Son günlər ölkəmizdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra cənub zonasında olan lokal sürüşmə zonalarında aktivlik müşahidə olunur.

Bunu Trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev bildirib.

O bildirib ki, yağışlardan sonra cənub zonasında Lənkəran, Astara və Lerik rayonları ərazisində 12 lokal sahədə aktiv faza müşahidə olunur.

"Yaz aylarında intensiv atmosfer çöküntülərinin baş verməsi sürüşməyə meyilli sahələrdə bu prosesin aktivləşməsinə təsir göstərir. Baxmayaraq ki, həmin ərazilər üçün bu sürüşmələr geoloji mənada xarakterikdir. Böyükhəcmli proseslər hələ ki, baş verməyib", - o deyib.

Agentliyinin rəisi əlavə edib ki, Bakının ən təhlükəli saydığımız Bayıl və Badamdar yaylasında vəziyyət stabil xarakter daşıyır.

"Həmin sürüşmə yerlərində Fövqəladə Hallar Nazirliyi və digər qurumlar tərəfindən müəyyən bərkitmə tədbirləri də görülür. Lakin müəyyən qədər aktivlik Nübar, Masazır və Zığ-1 massivlərində müşahidə edilir. Ümumilikdə bəzi zonaları çıxmaq şərtilə, Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir.

Ölkəmizdə 99 lokal sürüşmə sahəsi var. Lakin son bir neçə ildə yeni 46 sürüşmə zonası yaranıb. Agentlik tərəfindən həmin zonalarda monitorinq aparılır, koordinatları müəyyənləşdirir, xəritəyə əlavə edilir və monitorinq şəbəkəsinə daxil edilir", - deyə Ə. Əliyev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43216
Abdullahianın cəsədi tapıldı - FOTO
30085
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24667
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
22748
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20030
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17239
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15102
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11690
Helikopterin qalıqları tapılıb
11657
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8070
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7120
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6948
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6839
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5874
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5465
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5248
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4439
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3948
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
3761