AZ

Ayılar balı niyə sevir? – VİDEO 

Şahbuz rayonunun Kolanı kənd sakini Rəşid Səfərli gözüçü açandan həyət-bacalarında arı yeşikləri görməyindən, arı ailələri saxlamaqlarından söz açıb. 

34 ildir ata-babasından miras qalan arıçılıqla məşğul olduğunu söyləyən müsahibimimiz arıların qənimi olan ayıların bal sevgisindən danışıb. Bildirib ki, ayıların bədəni bala çox ehtiyac duyur, vəhşi heyvanlar bədənin tələb etdiyi proteini bal yeməklə aradan qaldırırlar. Bu, onların  qış azuqəsi sayılır və ayı bal yeməsə, qışdan ya çox çətinliklə çıxır, ya da qışdan heç çıxmır. 

Rəşid Səfərli deyir ki, ayılar öz bal ehtiyaclarını arı yeşiklərini dağıdıb balını yeməklə aradan qaldırırlar. Onun sözlərinə görə, ayının arı yeşiklərini dağıtmasının özü şahidi olub:

"Ayı bizim 7, başqa bir nəfərin 14 arı yeşiyini çayın yanına aparmışdı. Arı yeşiyi suya salaraq arıları öldürür və balını yeyirdi. Ya da yeşiyi yerə sürtüb arıları məhv edib balını yeyirdi. Amma insanın özünə toxunmur, ona xəsarət yetirməsən, sakitcə çıxıb gedir. Hətta insanı pusmağı da var. Adam gedən kimi arı yeşiklərinə yaxınlaşmağı sevir".

Şahbuzlu arıçı ayı ilə bağlı məzəli bir əhvalatı da danışıb. 

Onun sözlərinə görə, ayı bir dəfə o qədər bal yemişdi ki, elə oradaca huşunu itirib qalmışdı. Sonra camaat gəlib üstünə su töküb ayını özünə gətirmişdi və heyvan özünə gəlib qaçıb meşəyə getmişdi.

Arı yeşiklərini Batabat dağlarının ətəyində və bəzən isə həyətində saxlayan arıçı Rəşidin ayı ilə bağlı sərgüzəştlərindən belə başa düşdük ki, insan oğlu bəzən təbiətin vəhşi ayısını da zəhmətlə yetişdirdiyi arıları hesabına yaşadırmış...

 


Aytəkin Alxaslı, Nicat Niftəliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44292
Abdullahianın cəsədi tapıldı - FOTO
32719
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27058
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24769
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20149
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17808
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15154
Helikopterin qalıqları tapılıb
11771
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8166
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8048
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6970
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6925
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5918
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5365
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4949
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965