AZ

İrəvanda delimitasiyaya qarşı etirazlar BAŞLADI – VİDEO

"Vətən naminə Tavuş" hərəkatının iştirakçıları Ermənistanın paytaxtı İrəvana çatıblar.

Bizim.Media erməni KİV-inə istinadla xəbər verir ki, etirazçılar Respublika meydanında mitinqə başlayıblar.

Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılıq əldə olunduqdan sonra başlayıb.

Mayın 4-də isə arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana doğru yürüş başlayıb.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
3
Mənbələr
Şərh ()
Bağla