AZ

Yeni "ağa" sevdası: Ermənistan hazırda Rusiyanı arxadan vurmaqla məşğuldur -ŞƏRH

Elə bir xalq düşünün ki, dünyaya hegomonluq edən bir dövlətin çətiri altında böyüsün, daha sonra isə həmin ölkəni Qərbə  qurban versin? 
Bəli, söhbət Azərbaycana qarşı soyqrımları ilə məşhur olan Ermənistandan gedir. 
Son vaxtlar Ermənistan-Rusiya münasibətləri pisləşən templə davam edir. Bunun əsas səbəblərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qərbyönlü siyasət aparmasıdır. Uzun müddət Rusiyanın himayəsində böyüyən Ermənistanın Qərbə sığındığının şahidi oluruq. Ermənistan Şimal qonşumuzu bütün gücünü sıxaraq kollektiv Qərblə qarşı-qarşıya qaldığı bir vaxtda satdı. Ermənistan açıq şəkildə Qərbə də xəyanət edir. Rusiyaya sanksiyalı mallar satır. “The New York Times” qəzeti ABŞ-ın və Avropa İttifaqı­nın yüksək vəzifəli vergi və ticarət rəs­milərinin bu il martın 24-də keçirilmiş görüşündə səslənmiş faktları açıqlayıb. Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron kompo­nentlərin sayında kəskin artım müşahidə olunub. Qərbpərəst olduğunu hər addımın­da bəyan edən ölkə Moskvanın düşdüyü hazırkı durumu özünə mənfəət yeri kimi görüb. 

Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, ümumiyyətlə ermənilər xəyanətkar toplumdur:

“Öz mövcudluğuna görə ömrü boyu Rusiyaya borclu olmalı olan Ermənistan hazırda rəsmi Moskvanı arxadan vurmaqla məşğuldur. Əgər Rusiya olmasa idi, Ermənistan indiki Azərbaycan, qədim türk torpaqlarında mövcud ola bilməzdi. 200 ildən artıq mövcudluqlarını Rusiya ilə təmin edən xalq Fransanın qismində özlərinə yeni “ağa” tapıblar. Fransanın vasitəsilə antirusiya ovqatında çıxış edirlər. Eyni zamanda, antirusiya koalisiyası aparanların dəyirmanlarına su tökürlər. Ermənistan ərazisində Rusiyanın hərbi qüvvələri ola-ola NATO və Amerika ilə əməkdaşlıq aparırlar. Rəsmi Parisin silahları ilə təchiz olunan Ermənistana Fransa ordusunun gəlməsilə ilə bağlı bəyanatların şahidi oluruq. Bu gün Fransanın erməni sevgisi, Ermənistanın isə fransız sevgisinin necə qabardığını görürük. Fransa belə xəyanətkar xalqa dəstək olmamalıdır. Dəstək olan siyasətçiləri isə baykot etməlidir. Çünki Rusiyaya qarşı bunları edən bir xalq Fransaya nələr etməz ki? Ermənistan ilk fürsətdə Fransaya qarşı mümkün olan bütün xəyanətləri edə bilər. Dünyadakı bütün dövlətlər Ermənistanın xəyanətkarlığından xəbardar olmalı və münasibət qurarkən diqqətli olmalıdırlar. Həmin dövlətlər Ermənistanla əməkdaşlıqları dayandırmalı və rəsmi İrəvanı cəzalandırmalıdırlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43243
Abdullahianın cəsədi tapıldı - FOTO
30172
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24671
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
22870
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20040
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17244
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15110
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11690
Helikopterin qalıqları tapılıb
11657
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8070
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7138
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6948
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6842
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5874
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5465
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5250
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4439
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3948
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
3820