AZ

İrəvanda etiraz aksiyası başlayıb — YENİLƏNİB

"Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi başlayıb.

Demokrat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, mitinq arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilir. O, İrəvanda keçirilən milli mitinqdə çıxışına Ermənistan himni ilə başlayıb və meydana toplaşan etirazçılar onunla birgə mahnı oxuyublar.

    Qeyd edək ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü bu gün İrəvana çatıb. Etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.

    ***

    14:44

    "Vətən naminə Tavuş" hərəkatının iştirakçıları Ermənistanın paytaxtı İrəvana çatıblar.

    Demokrat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü İrəvana çatıb. Yürüş iştirakçılarının artıq Respublika meydanına doğru irəlilədiyi bildirilib. Onlar yerli vaxtla 16:00-da Respublika meydanında mitinq keçirməyi planlaşdırır.

    Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.

    Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    69
    42
    Mənbələr
    Şərh ()
    Bağla