AZ

Sənədsiz evi olanlara şad xəbər - Bu tarixdən "kupça" veriləcək

Hazırda insanları ən çox narahat edən məsələlərdən biri də qanunsuz tikililər və sənədsiz evlərin taleyidir. Belə evlərin əksəriyyəti Bakı və Abşeron rayonu ərazisində yerləşir. İllər keçsə də, vaxtilə tikinti təyinatı olmayan ərazilərdə tikilmiş bu evlərə çıxarış verilmir. Lakin son vaxtlar sənədsiz evlərə amnistiya tətbiq edilməsi gündəmdədir.
Bəs bu proses necə aparılacaq və hansı evlərə şamil olunacaq?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda ölkə ərazisində yüz minlərlə sənədsiz ev var: "Hazırda ölkə ərazisində təxminən 600-700 min civarında qanunsuz tikilən yaşayış evi mövcuddur. Bakı və böyük şəhərlərdə hazırda bu tip evlərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir. Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2020-ci ilin əvvəllərində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir konsepsiyanın hazırlanması bəyan edilmişdi. Hər rayon icra hakimiyyəti öz ərazisində olan tikililərin qeydiyyata alınmasına başladı. Lakin pandemiya dövrü olduğuna və nəticə etibarı ilə yığılan məlumatlar eyni qaydada olmadığına görə, bu bir nəticə vermədi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
38
Mənbələr
Şərh ()
Bağla