AZ

Estoniyadan Rusiya ilə bağlı qadağa

Estoniya hökuməti Rusiya ilə təhsil sahəsində əməkdaşlıq müqaviləsini ləğv etmək qərarına gəlib.

Qeyd olunur ki, faktiki olaraq Rusiya ilə bu sahədə əlaqələr iki il əvvəl dayandırılıb. Cümə axşamı Estoniya Xarici İşlər Nazirliyi Rusiyaya müvafiq bildiriş göndərəcək.

Məlumata görə, müqavilə 1994-cü ildə bağlanıb və heç bir tərəf öz fəaliyyətini dayandırmaq istəyini bəyan etmədiyi üçün avtomatik olaraq hər beş ildən bir yenilənir.

Mənbə: Postimees

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
4
Mənbələr
Şərh ()
Bağla