AZ

Baş nazir: İsrail Qəzzada müharibə başlayandan yüzlərlə hərbçisini itirib

İsrail ordusu Qəzza zolağında müharibə başlayandan bu günə kimi yüzlərlə hərbçisini itirib.

“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində deyib.

"Qəzzada cəsarətlə vuruşan yüzlərlə əsgərimizi itirdik", - o deyib.

Netanyahu vurğulayıb ki, münaqişə bitdikdən sonra hərbçilərə kömək üçün çox səy göstərməli olacaq, çünki onların ruhlarında yara izləri var. "Eyni zamanda, terrorçuları məhv etdikdən sonra Qəzzanın bərpasını da düşünürük", - Baş nazir deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
Mənbələr
Şərh ()
Bağla