AZ

“Azərbaycan mənim ürəyimdir...” - Fotolar

Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycan mənim ürəyimdir...” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatları Fəzail İbrahimli, Azay Quliyev və Kəmaləddin Qafarov, İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərzadə, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, məktəbəqədər təhsil müəssisələrinin, orta ümumtəhsil məktəblərinin, səhiyyə, mədəniyyət, müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra qonaqlar ulu öndərin şəkillərindən ibarət foto-sərgi ilə tanış olublar.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq qeyd edib ki, ümummilli liderimizin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu öndərin əsasını qoyduğu tərəqqi yolu dövlət başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir. Dahi rəhbərin əsasını qoyduğu ordu quruculuğu işlərinin layiqincə davam etdirilməsi nəticəsində ölkə Prezidenti İlham Əliyev ulu öndərin ən ümdə vəsiyyətini yerinə yetirərək doğma torpaqlarımızın erməni işğalından azad edilməsinə nail oldu.

Daha sonra çıxış edən millət vəkilləri -Fəzail İbrahimli, Kamaləddin Qafarov və Azay Quliyev Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından söhbət açıblar.

Həmçinin, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyəti dövründə iqtisadiyyatın, təhsilin, elmin, səhiyyənin, idmanın və aqrar sahənin inkişafına verdiyi töhfələrdən, xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs ediblər.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib. Azərbaycan Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və 8 saylı birinci seçki dairəsinin sədri Natiq Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub. Göstərilən yüksək etimad və ən ali medala görə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.






Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
21
Mənbələr
Şərh ()
Bağla