AZ

“Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı kitab sərgisi açılıb

Ulu Öndərin doğum günü ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyev” adlı virtual və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kulis.az xəbər verir ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən dövrü mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyevin_dogum_gunu/index.htmlinkindən istifadə edə bilər.

Qeyd edək ki, ənənəvi kitab sərgidə isə Ulu Öndərin həyat yolundan, ictimai, siyasi fəaliyyətindən bəhs edən kitablar, fotoalbomlar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
3
Mənbələr
Şərh ()
Bağla