İllər boyu sübut olunmuş sadə və təsirli resept ağrıları aradan qaldırır və oynaqları bərpa edir.Sağlamolun.az həmin resepti təqdim edir:
Hazırlanması asandır: 300-400 qram sarımsağın qabığını soyun, ətçəkən maşından keçirin və litrlik bankaya qoyun. Üzərini yaxşı təmizlənməmiş bitki yağı ilə doldurun. Hər gün qarışdıraraq qaranlıq yerdə 2 həftə saxlayın. Sarımsaq yağı alın. Onu 3-4 qat cuna ilə süzün. Möcüzəvi məlhəm hazırdır. Belə istifadə olunur: Ağrıyan yerə sürtün (məsələn, osteoxondroz üçün bel və ya artroz üçün oynaqlar). Gecədə plastik torba və isti bir şərf ilə örtün. Kurs 2 aydır. İlk günlərdən rahatlıq, hərəkətliliyin bərpası və ağrıların azaldığını hiss edəcəksiniz. Sarımsaq ağrıyan oynaq nahiyəsində qan dövranını yaxşılaşdırır və bununla da onun funksiyalarının bərpasına kömək edir.