AZ

Mahnı Teatrında Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konserti keçirilib.

Kulis.az xəbər verir ki, konsertdə Vaqif Mustafazadənin "Yollar", Tofiq Quliyevin "Məhəbbət çırağı", "Zibeydə", "Vals", Cahangir Cahangirovun "Cənnətim Qarabağ" əsərləri tələbələr tərəfindən ifa olunub.

Qeyd edək ki, konsert proqramında tələbələr Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla