AZ

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

Dendrologiya

Bakı, 10 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu İtaliyanın Padau Botanika Universitetindən yeni toxum növləri əldə edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əldə edilmiş toxumlar institutun flora zənginliyini artırmaq və gənc alimlərin tədqiqatları üçün olduqca vacibdir. Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin bioloji müxtəlifliyinin öyrənilməsi, onların genofondunun saxlanması və mühafizəsi üzrə elmi-tədqiqat işlərinin aparılmasının böyük əhəmiyyəti var. Beynəlxalq qurumlarla toxum mübadiləsi və tədqiqatlar təcrübələri artırmağa, həm də elmin yeni nailiyyətlərini institutda tətbiq etməyə imkan verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq