AZ

Baqrat Paşinyanın yerinə Xocalı qatilini gətirir? – Özü danışdı

“Keçmiş prezident Robert Köçəryanın Ermənistanın baş naziri postuna namizədliyi müzakirə edilmir”.

Turkustan.az xəbər verir ki, bunu hazırda İrəvanda keçirilən aksiyaya rəhbərlik edən Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstyan deyib.

O, baş nazir postuna əvvəlki erməni liderlərdən heç birinin namizədliyinin düşünülmədiyini bildirib:

“Razılaşma yoxdur, lakin parlamentin müxalifət fraksiyaları arasında müzakirə aparılır. Bu müzakirələrə hakim “Mülki müqavilə” fraksiyasının deputatları qoşulmurlar. Bir neçə namizəd var: mənim də, keçmiş ombudsman Arman Tatoyanın da adı çəkilir. Lakin Robert Köçəryanın namizədliyi müzakirə olunmur. Ümumiyyətlə, mən onunla bircə dəfə – 2001-ci ildə Sevanda (Göyçə mahalı – red.) görüşüb, 5 dəqiqə söhbət etmişəm. İddia edildiyi kimi, bu günlərdə onunla ünsiyyətim olmayıb”. /globalinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla