AZ

Boğulan tələbələrlə bağlı NDU-dan CAVAB

Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində iki gənc "Bazar gölü"ndə boğularaq ölüb. Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyevin hələlik məlum olmayan səbəbdən suya düşərək boğulduğu bildirilir.

 

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Naxçıvan Dövlət Universiteti ilə əlaqə saxladıq.

 

Universitetdən verilən məlumata görə, Astara rayon Pensər kənd sakinləri olan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Stomatologiya ixtisası üzrə I kurs tələbəsi 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Biologiya ixtisası üzrə I kurs tələbəsi 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşüb və boğulublar.

 

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar.

 

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
22
Mənbələr
Şərh ()
Bağla