AZ

Bu görüş sülh danışıqları üçün əhəmiyyətli olacaq

Almatı görüşü hər iki tərəf üçün ən münasib meydan, platformadır. Hesab edirəm ki, bu görüş uğurlu nəticələnəcək və sülh müqaviləsinin imzalanması üçün çox önəmli addım sayılacaq.

Bunu millət vəkili Vüqar İskəndərov Almatı görüşü ilə bağlı danışarkən deyib.

O bildirib ki, vasitəçisiz görüş daha uğurlu olacaq:

“Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqamətində işlər davam edir. Hər iki ölkə münasibətlərin normallaşması üçün bir nümunə ortaya qoyub. Vasitəsiz, bütün ölkələrin vasitəçiliyindən imtina edərək bir çox məsələlərdə ortaq məxrəcə gəlməyi bacardılar. Bu bir nümunədir.
Dəfələrlə şahidi olduq ki, hansı ölkə vasitəçi olmaq istəyirsə ilk növbədə öz maraqlarını güdür. Azərbaycan da, Ermənistan da bunu yaxşı başa düşür. Almatı görüşü hər iki tərəf üçün ən münasib meydan olacaq. Almatı bu görüş üçün sadəcə məkandır, görüş yeridir, platformadır.
Bu görüş sülh danışıqları, bu istiqamətdə atılacaq addımlar üçün əhəmiyyətli olacaq. Görüşdə gələcəkdə baş tuta biləcək çərçivə sənədinin imzalanması üçün ölkə rəhbərlərinin görüşünü müzakirə edə bilərlər. Düşünürük ki, Almatı görüşü uğurla nəticələnəcək və sülh müqaviləsinin imzalanması üçün çox önəmli addım olacaq”.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq