AZ

Lukaşenko: Dollar və avro heç kimə lazım deyil

Lukaşenko: Dollar və avro heç kimə lazım deyil

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, bir çox ölkələr dollar və avrodan istifadəyə marağını itirir.


Minskdə jurnalistlərin suallarını cavablandıran Belarus prezidenti qeyd edib ki, indi Belarus və Rusiya onlardan imtina edir: "İndi nə dollar, nə də avro heç kimə lazım deyil. Bu artıq təkcə Belarus və Rusiyada deyil, bir çox ölkələrdə belədir", - deyə Lukaşenko izah edib.

Onun sözlərinə görə, bu valyutaların aktuallığı xüsusilə qızıl-valyuta ehtiyatlarının, Qərbdə saxladıqları aktivlərin Rusiyadan oğurlanacağı barədə danışdıqdan sonra aşağı düşüb: "Mən bir çox liderlərlə danışmışam. Əgər nüvə enerjisi ilə bağlı vəziyyət belədirsə, onda bizim halımız necə olacaq? - deyə hamısında sual yaranıb".


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla