AZ

“Heydər Əliyev mənə dedi ki, “Leonid sən otur“... - Leonid Yakuboviç

“Çox uzun müddət idi. O qədər keçmişdi ki, tanış olduğumuz ili belə unutmuşdum. Azərbaycana gəldik və idman zalında “Möcüzələr meydanı” oynadıq. Səhər isə Heydər Əliyevlə görüşümüz oldu”.

News365.az  xəbər verir ki, bunu məşhur teleaparıcı Leonid Yakuboviç Heydər Əliyev haqqında danışarkən deyib. O bildirib ki, əvvəlcə 20 dəqiqəlik protokol iclası oldu:

“Heydər Əliyev masanın başında oturmuşdu. Azərbaycanın siyasi və iqtisadi vəziyyətini qısaca izah etdi. Və 20 dəqiqəlik söhbətdən sonra dedi: "Hamı azaddır, sənsə Leonid, otur."

Və bu 20 dəqiqə 2,5 saatlıq söhbətə çevrildi. Əvvəlcə mən danışdım. Bütün həyatımı, sözün əsl mənasında, doğulduğum andan hər şeyi danışdım. Heç nə soruşmadı, amma diqqətlə məni dinlədi. Başını tərpətdi və bəzənsə söhbəti yönləndirdi. O, qətiyyən özünü yuxarıda tutmadı və heç bir şəkildə mövqeyini göstərmədi. Bəzən sakit səslə nəsə soruşurdu. Mən ona hər şeyi danışdım: ana və atam haqqında, atamın döyüşdüyü yer, necə yaşadığımız - hər şey! O an özümü tək danışan kimi hiss etmədim. Əksinə özümü çox rahat hiss etdim...”

Məşhur aparıcı qeyd edib ki, Heydər Əliyev çox böyük intellektə və güclü xarizmaya malik insan idi:

“Mən həyatımda iki-üç belə insanla rastlaşmışam. Onun gözlərində….içində çox şey olduğu aydın idi. Biliklə, zəka ilə dolu idi. Yeganə görüşümüzdən hələ də özümə gələ bilmirəm. Bu söhbəti kağıza köçürmək istədim, amma bacarmadım. Niyə bilmirəm. Mənə elə gəlirdi ki, biz bir-birimizi min ildir tanıyırıq və o, mənim gəlib ona hər şeyi danışmağımı gözləyirdi.

Sonradan söhbətimizi dəyərləndirərək insanların niyə onun arxasınca getdiyini anladım. Onu hər zaman dinləyir və eşidirdilər. Çünki, o dahi şəxsiyyət idi. Düşünmürəm ki, insanlar ondan qorxurdular. Ona böyük hörmət və inam var idi ki, yalnız o, respublikanı xilas edə bilər”.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla