AZ

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Bakı, 10 may, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qeyd edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən, şərəfli ömür yolundan və dərin dövlətçilik təcrübəsindən bəhs edib. Onun uzaqgörənliyi, zəngin idarəçilik bacarığı və siyasi müdrikliyi ilə dahi liderə çevrildiyi, ölkəmizin inkişafı yolunda böyük əzmlə mübarizə aparan, prinsipial rəhbər kimi tanındığı bildirilib.

Prorektor vurğulayıb ki, Heydər Əliyevin fədakarlıqla dolu həyatının hər bir anı Azərbaycan xalqı üçün iftixar mənbəyi və milli sərvətdir. Ulu Öndər istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində öz xalqının gələcəyi, rifahı və əmin-amanlığı üçün çalışıb. O, SSRİ-nin ali hakimiyyət orqanı olan Siyasi Büronun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev həmin vəzifələrdə də doğma Vətəni naminə böyük işlər görüb. Ümummilli Liderin hakimiyyətə ikinci dəfə gəlişindən sonra başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycan müasir və dinamik inkişaf edən güclü dövlətə çevrilib, onun müəllifi olduğu enerji strategiyası nəticəsində Azərbaycan çiçəklənməklə yanaşı, beynəlxalq miqyasda etibarlı tərəfdaş olub.

Çıxışının sonunda ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsinin xalqımız tərəfindən daim yaşadılacağı qeyd olunub.

Universitetin magistrantı Zərif Şirəliyeva Heydər Əliyevin yaratdığı zəngin dövlətçilik məktəbindən, gənclərə göstərdiyi diqqət, qayğıdan söz açıb. Bildirib ki, gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olub.

Tədbirdə Ulu Öndərin fəaliyyətinin mühüm tarixi anlarını əks etdirən videoçarxlar nümayiş etdirilib. AzMİU-nun özfəaliyyət klubunun üzvləri Ümummilli Liderin sevdiyi mahnıları ifa edib, ona həsr olunan şeirlər söyləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla