AZ

İrəvanda keşiş mitinqi: Köçəryanın oyuncağı erməniləri axmaq sayır

Bakı. Trend:

Bu gün səhər saat 10:00-dan etibarən Ermənistanda etirazaksiyaları keçiriir.

Bu barədə "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri,arxiyepiskop Baqrat Qalstanyan bildirib.

O, Ermənistanın tələbələrinə, ali təhsil müəssisələrinə, işadamlarına bununla bağlı müraciət edib. Eyni zamanda heç biraqressiya olmadan, yalnız bir neçə gün onlara dəstək verməyəçağırıb. “Bölgələrimizin sakinlərinə müraciət edirəm: - bu gecəgeri qayıdın”, - o deyib. "İnsanlar bunun belə bir şəkildə başverməsini, hakimiyyəti şoka salmasını istəyirlər, bizə başqa seçimqoymadınız", - Qalstanyan əlavə edib.

"Tətilə başlayırıq. Mən vilayətlərin sakinlərini də etirazaksiyalarına başlamağa çağırıram", - arxiyepiskop vətəndaşlarıhakimiyyətə qarşı mübarizəyə səsləyib.

“Vətən uğrunda Tavuş” müxalifət hərəkatı “Azatutyan”prospektində yolun bir hissəsini bağlayıb.

Bundan başqa, İrəvan Dövlət Universitetinin bir qrup tələbəsitətilə başlayıb. Onlar müxtəlif fakültələrə daxil olaraq digərtələbələri tətilə qoşulmağa çağırırlar.

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin Tavuş(Tovuzqala) rayonundan keçən hissəsində delimitasiya və demarkasiyaişlərinin başlanmasına, habelə bu rayonda 32 ildən bəri erməniişğalında qalmış 4 kəndin azad edilərək Azərbaycana təhvilverilməsinə etirazlar başlayandan az sonra ora Erməni Həvariyun(Apostol) Kilsəsinin (EAK) Tavuş yeparxiyasının arxiyepiskopuBaqrat Qalstanyan yollanmışdı.

O, özünü aksiyaların "mənəvi rəhbəri", "Vətən uğrunda Tavuş"müxalifət hərəkatının başçısı elan etmişdi.

Daha sonra o, tərəfdarları ilə birlikdə İrəvana yürüş edib,dünən Ermənistanın paytaxtının mərkəzində mitinqə başlayıb.

Dünən B.Qalstanyan bəyan edib ki, Ermənistanda müxalifətin başnazir Nikol Paşinyana qarşı təşkil etmək niyyətində olduğuimpiçment prosesi bir qədər vaxt aparacaq.

"Paşinyanın impiçment prosesi bir neçə gündən çox vaxtaparmayacaq", - Qalstanyan deyib.

Baqrat Qalstanyanın sözlərinə görə, iki müxalif parlamentfraksiyası impiçment proseduruna başlamağa hazırdır.

O, daha sonra deyib ki, Ermənistanın ikinci prezidenti RobertKoçaryanla onun baş nazir postuna namizədliyini heç vaxt müzakirəetməyib.

O, Respublika meydanında çıxış edərək qeyd edib ki, R.Koçaryanınnamizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil.

Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları ortayaatıblar.

Keçmiş ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürüləbiləcəyi ilə bağlı suala arxiyepiskop müsbət cavab verib.

Ermənistanda yaşananlar bir sıra məqamlar baxımındanmaraqlıdır.

Əvvəla, postsovet məkanı tarixində ilk dəfədir ki, ölkəhakimiyyətinə qarşı etiraz aksiyalarına kilsə rəhbərlik edir.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və SerjSarkyanın rəhbərlik etdikləri "qarabağlılar" klanı ilə xariciölkələrdəki erməni diasporunun da bir araya gəldiyi unikalkonfiqurasiya da ermənilərin çağdaş tarixində bir ilkdir.

Əsasən Fransa, ABŞ və Rusiyadakı erməni diasporlarının hərformada dəstək verdikləri, "Paşinyan hakimiyyətinə qarşıgenişmiqyaslı xalq etirazları" kimi qələmə verilən, əslində isəErmənistanda Köçəryan-Sarqsyan duetinin kilsə ilə üzvi simbiozuolaraq hakimiyyətin devrilməsinə yönəlmiş prosesə külli miqdardamaliyyə vəsaiti ayrılıb.

Təşkilati, texniki və s. dəstəyə habelə, RusiyanınErmənistandakı mövqelərini müdafiə edən, bu mövqelərin zəifləməsinəimkan verməyən siyasətçilər, siyasi təşkilatlar, habelə oliqarxlarda cəlb ediliblər.

İrəvanın mərkəzindəki meydanda və küçələrdəki yürüşlər,mitinqlər və qeyri aksiyaların istisnasız olaraq hamıs birmərkəzdən idarə olunan primitiv ssenarili oyun təsiribağışlayır.

2021-ci ildəki parlament seçkilərində keçirilmiş aksiyalardansonra ən böyük etiraz mitinqi olan dünənki olayın təqdimatında"qarabağlılar klanı" israrla vurğulayır ki, başlıca məqsəd, səndemə, aprelin 19-da Nikol Paşinyan hakimiyyətinin qəbul etdiyiqərara, yəni 4 kəndin Azərbaycana qaytarılmasına qarşı "qəzəblixalqın mövqeyinin nümayişi"dir.

"Qarabağlılar klanı", kilsə və diasporun bütün vasitələrdənistifadə edərək reallaşdırdıqları etiraz aksiyaları İrəvanınhakimiyyət dairələrində heç bir təşviş, narahatlıq və ya xofyaratmayıb.

Tam əksinə, Nikol Paşinyan administrasiyasının mənsubları,iqtidardakı "Mülki Müqavilə" partiyasından olan deputatlar, dövlətqurumlarının rəhbərləri, yerli inzibati-idarəetmə təşkilatlarınınnvə strukturlarının başçıları - bir sözlə, dövlət təşkilatlarında vəhakimiyyətin siyasi qurumlarının funksionerləri birmanalı olaraqN.Paşinyanı dəstəkləyirlər.

Müdafiə və Daxili İşlər nazirlikləri də N.Paşinyandangöstərişlər gözləyirlər.

"Vətən uğrunda Tavuş" qruplaşmasının indi "genişmiqyaslı, ölkəmüxalifətinin ən çeşidli təşkilatlarını birləşdirən hərəkata"çevrilməsində təbii ki, "qarabağlılar klanı", kilsə və diasporunmüstəsna rolu var.

Onlara Erməni İnqilabi Federasiyası-Daşnaksutyun da qatılıb.

Baqrat Qalstanyanın bu gün verdiyi bəyanatlara görə, onlar NikolPaşinyanın hakimiyyətinin reaksiyasını təxminləyiblər: həminsəbəbdən uzunmüddətli itaətsizlik və etiraz aksiyalarınahazırlaşıblar.

Serj Sarqsyanın rəhbərlik etdiyi "Şərəfim var" parlamentfraksiyasının katibi Tiqran Abramyan bununla bağlı bildirib ki,tələsməyə lücum görmürlər. Ən azı ona görə ki, parlamentdəN.Paşinyana qarşı imppiçment prosedurunu başa vurmaq üçüniqtidardakı "Mülki Müqavilə" partiyasından olan deputatların daiştirakı mütləqdir.

Beləliklə, aşkar görünür ki, keşiş Baqrat əslində Ermənistanınsabiq prezidenti Robert Köçəryanın əlində marionetkadır. İrəvandakeçirilən aksiyaların təşkilatçılarının əsas məqsədi isəR.Köçəryanın baş nazir postuna yiyələnməsidir.

İrəvandakı etiraz aksiyalarının təşkilatçıları şəhərinküçələrinə və mərkəzi meydanına 80-90 min nəfərin çıxdıqlarınıdesələr də, real rəqəm 18-20 mindən artıq deyil.

Halbuki bu, Robert Köçəryanın, Serj Sarqsyanın, Erməni ApostolKilsəsinin və diasporun uğuru yox, uğursuzluğudur.

Çünki 2021-ci ildə keçirilmiş növbədənkənar parlamentseçkilərində R.Köçəryanın tərəfdarlarından və daşnaklardan ibarət“Ermənistan” alyansına 258165 nəfər səs vermişdi.

Serj Sarqsyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiqrəhbəri Artur Vanesyanla birlikdə yaratdıqları “Şərəfim var”alyansına isə 66633 nəfər səs vermişdi.

Kilsənin və diasporun kontrolunda olan kütləni də unutmayaq.

Yəni həmin rəqəmləri nəzərə alsaq, dünən və bu gün İrəvandakıetiraz aksiyalarında ən azı 200 min erməni çıxmalı idi.

Yaşananların səbəbləri çox olsa da, onların arasında biri ənüstünüdür: Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəyən vəindi birləşən qüvvələrin xarizmatik, Ermənistanda kütlə tərəfindənqəbul edilən lideri yoxdur.

Sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın hakimiyyətrevanşı şansları minimumdur, çünki Ermənistan vətəndaşlarının çoxuonların qayıdışını istəmir.

Diaspor, kilsə və ya kənar dövlətlərin idarə etdiyi qruplaşmalarisə Paşinyana rəqib olacaq fiqura malik deyillər.

Müxalifətin konkret fəaliyyət planı da yoxdur. Belə ki, BaqratQalstanyanın özü belə, etiraf edir ki, Nikol Paşinyanınhakimiyyətdən kənarlaşdırılmasından sonra nə olacağını, nələrediləcəyini bilmir.

Keşiş Baqratın bəyanatlarının və fəaliyyətinin idiotlarahesablandığını isə dünənki olay təsdiqlədi.

Ayağındakı ağrılardan şikayətlənən keşiş İrəvandakı «YerevanPlaza» otelinə yollandı və orada «sırf təsadüf»dən RobertKöçəryanla görüşdü.

Halbukt otelə yollanan baqratı Köçəryanın sağ əli, sabiq müdafiənaziri Seyran Ohanyan müşayiət edirdi.

Keşiş Baqrat ayaqlarının ağrısı ilə bağlı yaxınlıqdakı onlarlatibbi müəssisədən birinə üz tuta bilərdi.

Amma yox, o, ağrıyan ayaqlarına sarğı qoydurmaq üçün RobertKöçəryanın ofisinin olduğu otelə yollandı.

Bu, erməni müxalifətinin primitivliyi, idiotizmi deyilmi?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
30
Mənbələr
Şərh ()
Bağla