AZ

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Səfir:

Bakı, 10 may, AZƏRTAC

“Bir millət, iki dövlət” anlayışının iki memarı var: Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycanın Ulu Öndəri Heydər Əliyev. Biz ölkə başçılarımız Rəcəb Tayyip Ərdoğan və İlham Əliyevin liderliyində bu anlayışı ən yüksək səviyyəyə qaldırmaq üçün səy göstəririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.

“Ulu Öndərdən miras aldığımız həmin münasibət formasını bütün Türk dövlətlərinə yaymaq üçün çalışırıq. Bu zaman onun xatirəsinə də ehtiramımızı ifadə edirik. Türkiyədə də bu həftələrdə Ulu Öndəri anmaq, onun dövlət quruculuğu sahəsində həyata keçirdiyi siyasəti, həmçinin iqtisadi-sosial siyasətini anlamağa yönəlmiş çoxsaylı tədbirlər keçirilir. Şərqdən-qərbə hər tərəfdə Ulu Öndərin anım mərasimləri keçirilir. Biz bunu borc olaraq görürük. Hazırda Türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik”, - deyə C.Bağçı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla