AZ

Bu ərazilərdə tikintiyə qadağa qoyula bilər

“Azərbaycanın təhlükəli zonalarında zəlzələ riski qiymətləndiriləcək”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Azərbaycanda aparılan zəlzələ tədqiqatları dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmır:

"Hazırda yeni böyük beynəlxalq layihə üzərində işləyirik. Mayın 13-də beynəlxalq toplantımız olacaq. ABŞ, Kanada və digər ölkələrdən qonaqlarla birlikdə Azərbaycanın seysmik zonalarında zəlzələ riskinin qiymətləndirilməsi üzərində iş aparılacaq. Azərbaycan seysmogen bölgədir. Xəzər dənizi, Şamaxı, İsmayıllı, Lənkəran Astara, Gəncəbasar, Naxçıvan və digər bölgələrdə aktiv potensial zəlzələ ocaqları var. Ölkəmiz zəlzələ baxımından 8-9 ballıq ərazidə yerləşir. Buna görə də zəlzələlərin tədqiqatı və kadr hazırlığı sahəsində böyük irəliləyiş var". 

Aktiv potensial zəlzələ ocaqlarının olduğu, təhlükəli zonalarda zəlzələ riski qiymətləndirildikdən sonra həmin ərazilərdə tikintiyə qadağa qoyula bilərmi? 

Məsələ ilə bağlı memar Cahid Həsənov “Cebhe.info”-ya bildirib ki, təyin oluna bilən riskli yerlərdə tikintiyə ya tam icazə verilməz, ya da həmin ərazilərdəkilərə digərlərindən fərqli, möhkəm konstruksiyalı tələblər qoyula bilər:

“Bu tələblər yəqin ki, o yerlər təyin olunarsa, məhz o yerlərlə bağlı gələcək üçün keçərli olacaq”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla