AZ

Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı son razılaşmaya əsasən rus sərhədçiləri Zvartnots hava limanı ilə yanaşı 44 günlük müharibədən sonra yerləşdikləri bir sıra yaşayış məntəqələrindəki (Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş) postları da tərk edəcək. Amma bununla yanaşı Rusiyanın Ermənistandakı hərbi varlığı davam edəcək.

Ednews - a özəl müsahibəsində Rusiyalı politoloq, publisist və tarixçi Oleq Yuryeviç Kuznetsov Rusiya sərhəd qoşunlarının Ermənistan Respublikası ərazisindən çıxarılması ilə bağlı vəziyyəti dəyərləndirib. Onun sözlərinə görə, Ermənistan əvvəlcə Rusiya sərhədçiləri olmadan bütün ərazisiyə nəzarət etmək istəyib, lakin sonradan bütün əraziyə nəzarət etmək üçün kifayət qədər təlim keçmiş sərhədçilərinin olmadığını başa düşüb və buna görə də Emənistan-Türkiyə və Ermənistan-İran sərhədi ərazilərində saxlamaq qərarına gəlib. 

Paşinyan Rusiya sərhədçilərini İrəvandakı Zvartnots hava limanından çıxarmaq istəyirdi ki, ruslar ABŞ və Avropadan respublikaya daxil olan və çıxan əcnəbilərə nəzarət edə bilməsinlər və paytaxt hava limanının erməni sərhədçiləri tərəfindən nəzarət edilməsini təmin etsinlər. Bununla da Paşinyan xarici siyasət fəaliyyətində hərəkət azadlığı əldə edir və Rusiya hakimiyyətinin xəbəri olmadan müxtəlif ölkələrdən nümayəndə heyətlərini Ermənistana dəvət edə biləcəyinə ümid edir.

Kuznetsovun sözlərinə görə, "Ermənistanda xarici dovlətlərin hərbi hissələrinin mövcudluğu həmişə olacağı bir ölkədir. Bir misal göstərmək kifayət edər ki, ABŞ-ın Ermənistandakı səfirliyinin işçilərinin sayının 90%-i ABŞ ordusunun keçmiş hərbi qulluqçularıdır".

Rusiyalı politoloq Ermənistanın Avropaya inteqrasiyası, Rusiyanın Ermənistan ərazisində maraqlarını təmin edən ölməkdə olan Qarabağ klanı, eləcə də Ermənistan vasitəsilə nəzəri cəhətdən Rusiyaya təsir edə biləcək xarici hərbi legionlar barədə fikirlərini açıqlayıb.

Daha ətraflı müsahibədə:

Əkbər Novruz


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla