AZ

Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ

 

Son dövrlərdə Azərbaycanın xarici siyasət xəttində Mərkəzi və Şərqi Avropa ölkələri ilə çoxvektorlu əməkdaşlıqlar baş tutur. Bu ölkələrə Albaniya, Slovakiya və Bolqarıstan liderləri ilə görüşü misal göstərmək olar. Azərbaycanın xüsusilə Şərqi Avropa ölkələrilə iqtisadi və siyasi münasibətlərinin gücləndirməsinin səbəbi nədir?


Məsələ ilə bağlı politoloq Samir Hümbətov Ednews-a açıqlaması zamanı qeyd edib ki, hazırda Azərabaycan ən önəmli enerji ixracatçılarından biri hesab olunur:

“Son zamanlar Azərbaycanın Şərqi və Mərkəzi Avropa ölkələri ilə apardığı siyasi xətt hesab edirəm ki, Azərbaycanın  son dönəmlər yürütdüyü xarici siyasət strategiyasının  təməl prinsiplərinə söykənir. Azərbaycan dünyada əsas enerji ixracatçı ölkələrdən biridir. Bu o deməkdirki, Azərbaycan həm Beynəlxalq aləmdə balanslı münasibətləri inkişaf etdirməkdə  maraqlıdır. Bu gün Şərqi,Mərkəzi hətta Cənubi Avropa ölkələridə Azərbaycanla iqtisadi əməkdaşlıq başda olmaqla bir çox vektorda tərəfdaşlıq etməyə can atır. Bunun bir çox səbəbləri var. Azərbaycan Qərblə Şərqin qovaşağında yerləşir. Bu Azərbaycanın əsas üstünlüyüdür. Digər tərəfdən təbii sərvətlərlə zəngin olan Azərbaycanın bu ehtiyatlarını dünya bazarlarına etibarlı şəkildə ixrac etməsidir. Son dövlər ölkəmiz təbii qazın ixracı ilə bağlı sadaladığımız regionlarda yerləşən ölkələrlə bu sahədə əməkdaşlığı genişləndirməsi və xüsusilə alternativ enerji/yaşıl enerji sektorunda inkişaf bu ölkələrin bizə olan marağını artırır. Azərbaycanın tutduğu siyasi xətt qarşı tərəf ölkələrində iqtisadiyyatına müsbət təsir edir. Azərbaycan prezidenti Cənab İlham Əliyev bunu praktiki olaraq sübut edib”. 

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla