AZ

Xabi Alonso: "Futbolçularım hər 3 titula layiqdirlər"

Almaniyanın yeni çempionu "Bayer"in ispaniyalı baş məşqçisi Xabi Alonso Avropa Liqasının final mərhələsinə yüksəlməsini şərh edib.

İqtisadiyyat.az xəbər verir ki, yarımfinalın cavab oyununda ilk görüşdə 0:2 hesabı ilə uduzan İtaliya “Roma”sı ilə qarşılaşan “Bayer” 2:2 hesablı heç-heçə edib.

“Avropa Liqasının finalına yüksəldiyimiz üçün şadıq. İndi bir həftə ərzində iki final keçirməliyik.

Avropa Liqasının yarımfinalında xarakter göstərdik. Cavab oyunundan sonra futbolçularımın gözlərinin içinə baxdım və gördüm ki, daha çox şeyə can atırlar.

Hələ üç titul qazanmaq şansımız var. Futbolçularım hər üç titula layiqdir".

“Bayer”in Avropa Liqasının finalındakı rəqibi İtaliya “Atalanta”sı olacaq.

Leverkuzenlilər Almaniya kubokunun finalında “Kayzerslautern”lə mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla