AZ

Şakira artıq ittiham edilməyəcək - SƏBƏB

Məşhur müğənni Şakira artıq vergidən yayınmaqda ittiham edilməyəcək.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, ifaçıya qarşı sürülən ittiham geri çəkilib.

Ötən ilin iyulunda başladılan istintaqda prokurorlar Şakiranı 2018-ci ildə faiz və düzəlişlər də daxil olmaqla vergi idarəsinə qarşı 6,6 milyon avro saxtakarlıq etməkdə ittiham edirdilər.

Lakin indi ona qarşı İspaniyadakı hüquqi problemləri həllini tapıb.

Dəlil və sübut çatışmazlığından istintaqın ləğv edilməsi ilə bağlı məhkəmə təklifi qəbul edib.

Xatırladaq ki, Şakiranın İspanyada yaşadığı müddətdə ümumilikdə 14,5 milyon avro məbləğində vergi borcu olduğu bildirilirdi. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla