AZ

Heydər Əliyev dühası, Heydər Əliyev böyüklüyü!- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. O,  Azərbaycan xalqını xilas etmiş, müasir Azərbaycanın qurucusu kimi öz adını tarixə yazmış böyük dövlət xadimidir".

Olaylar.az xəbər verir ki, bu fikirləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"Onun 101-ci doğum gününü Azərbaycan xalqı hörmətlə yad edir. Görürük ki, onun ideyaları bu gün də yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin qoyduğu ideyaları davam etdirir. Məhz onun ideyaları, tövsiyələri, məsləhətləri, dövlət quruculuğu fəaliyyətinin nəticəsidir ki, biz, bu gün torpaqlarımızı azad etmiş, bütöv Azərbaycanı qurmuşuq. Azərbaycan regionun, dünyanın ən güclü dövlətlərindən birinə çevrilir. Bunun təməli Ümummilli Lider Heydər Əliyevin dövründə qoyulub. Allah ona rəhmət etsin! Onun fəaliyyəti özünü bütün sahələrdə göstərir. Təkcə siyasət deyil, mədəniyyət, iqtisadiyyat, təhsil, elm, ictimai həyat, gənclər siyasəti, idman siyasəti sahələrində də Heydər Əliyevin fəaliyyəti, tövsiyələri var. Heydər Əliyevin zamanında əsası qoyulan məsələləri biz bu gün gerçəkləşdiririk. Təkcə müasir Azərbaycanın qurucusu  kimi deyil də, sovet vaxtında belə Heydər Əliyevin müstəqillik qazanacaq  Azərbaycan üçün qurub-yaratdığı, formalaşdırdığı məsələlər hamısı bu gün də öz fəaliyyətini davam etdirir. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasının qoyulması elə onun uzaqgörənliyinin nəticəsi idi ki, orda yetişən gənclər 44 günlük müharibədə zabit, general kimi  Azərbaycan ordusunu qələbədən-qələbəyə apardılar. Bu idi Heydər Əliyev dühası, Heydər Əliyev böyüklüyü!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla