AZ

Revanşist fikirlərlə emosional şəkildə hərəkət edirlər-Kazım Kazımov- ÖZƏL

"Bu gün Ermənistanda Nikol Paşinyanın dörd kəndi qaytarmaq qərarına etiraz edən radikal qüvvələri  gördükdə iki şeyi çox yaxşı anlayırıq. Cəmiyyətdə uzun müddət, xüsusən, Qərbdən donor alan marjinal qüvvələr iddia edirdilər ki, biz əslində müharibə etmədən də torpaqlarımızı qaytara bilərdik. Birincisi, bu gün Ermənistan cəmiyyətində nə qədər radikal əhval ruhiyyənin olduğunu göstərir. Siz fikirləşin ki, onlar iki dəfə üst üstə məğlub oldular. Buna rəğmən yenə də Azərbaycanın haqqı olan dörd anklavımızı belə qaytarmaq istəmirlər. Hətta onlar bilirlər ki, bu gün Azərbaycanla heç bir sahədə rəqabət apara bilməzlər. Hətta müharibə apara bilməzlər, buna rəğmən hələ də etiraz edirlər. İkinci tərəfdən isə Ermənistan cəmiyyətinin hələ də təəssüflər olsun ki, bir çox radikal düşüncələrdən azad olmadığını, onların içərisində revanşist qüvvələrinin kifayət qədər olduğunu görürük. Onlar Cənubi Qafqazda sülhə can atmırlar. Onlar hesab edirlər ki, bu torpaqlar Ermənistanın torpaqlarıdır, Azərbaycanın torpaqlarını qaytarmaq lazım deyil. Hətta onların əlində imkan olsa, mən inanıram ki, yenidən müharibəyə başlaya bilərlər. Yenə də öz xülyalarını dilə gətirərlər. Sadəcə, bu gün onlar çox yaxşı görürlər ki, onlar hər sahədə Azərbaycana məğlub olublar. Ancaq onlar təəssüflər olsun ki, ağılla düşünməyi hələ də başa düşmürlər, revanşist fikirlərlə emosional şəkildə hərəkət edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla