AZ

Azərbaycanın diktə etdiyi şərtlər Ermənistanı sülhlə bağlı addımlar atmağa məcbur edir- ÖZƏL

"Hesab edirəm ki, Ermənistanda Azərbaycanla sülh imkanlarını istəməyən xarici dairələr fəallaşmağa başlayıblar. Əslində, Ermənistanda aksiyaların önündə görünən keşiş Baqrat Srbazan daha əvvəl ictimai-siyasi fəaliyyəti ilə çox da seçilməyib. Eyni zamanda, bu adamın Yepiskop kimi də Ermənistandakı dini camiyə içərisində heç vaxt yüksək nüfuzu olmayıb". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Amma biz görürük ki, birdən-birə Tavuş bölgəsində ortaya bu adam çıxaraq Azərbaycanla sülh imkanlarının əleyhinə addımlar atır. Əlbəttə ki, burada maraqlı tendensiyalar müşahidə edilir. Əvvəla bəllidir ki, Ermənistanı sülhə məcbur edən Azərbaycandır. Bizim Ermənistanı sülhə məcbur etməyimiz beynəlxalq hüququn əsasları fonunda baş veribdir. Digər bir tərəfdən Azərbaycanın bu gün regionda qalib tərəf kimi diktə etdiyi şərtlər Ermənistanı sülhlə bağlı addımlar atmağa məcbur edir. Əlbəttə ki, bütün bunların fonunda gələcəkdə Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə maşa kimi istifadə etmək elementlərinin zəifləyəcəyini düşünən bəlli güc mərkəzləri və xarici dairələr Ermənistanı daha çox qızışdırmaqla məşğuldurlar. Bugünkü xaosun arxasında da məhz Ermənistanı Azərbaycan və Türkiyə əleyhinə təhrik edən qüvvələr açıq-aydın dayanırlar. Amma mən hesab edirəm ki, Ermənistan hakimiyyəti də bu aksiyalardan yararlanmağa çalışır. Onlar da hesab edirlər ki, beynəlxalq aləmə fon yaratmaq lazımdır ki, Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq istədikləri halda guya cəmiyyətdə Paşinyanın bu qərarlarına qarşı ciddi etirazlar var. Hər halda Ermənistan hakimiyyətinin içərisində də yeknəsəklik olmadığı, ictimai-siyasi sabitlik kövrək olduğu üçün bu xaosun daha da ciddiləşmək ehtimalları var. Amma Nikol Paşinyan əlindəki vasitələrdən istifadə edərək yaxın zamanlarda bu aksiyaların kökünü kəsəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla