AZ

BİR ÖMÜRƏ SIĞMAYAN DÜHA

Çiçək Qarayeva

Azərbaycan Dövlət Pedoqoji Kollecinin riyaziyyat müəllimi

Ulu Öndərin əsrarəngiz bioqrafiyası və füsunkar karyera arealı barədə yetərincə bəhs edildiyindən, təkrarlıq olmasın deyə o prizmaya toxunmayacam. Amma ötən əsrin ortalarından etibarən  dövlətçiliyimizin qrossmeysteri olan Heydər Əliyevin 101-ci doğum günündə onun səciyyəvi xarakterlərindən bəhs etməyə çalışacağam.  Heydər Əliyev fenomeni təkcə bir məkanla-yəni Azərbaycanla və ya bir regionla-yəni postsovet coğrafiyası ilə  məhdudlaşmır. O, bütövlükdə dünya siyasətinin patriarxıdır. Heydər Əliyev öz dühası ilə hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın yaddaşlara həkk olunan simalarının-dövlət xadimlərinin, siyasətçilərinin, eləcə də, elm, mədəniyyət və incəsənət xadimlərinin bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla fikir söylədiklərinin dəfələrlə şahidi olmuşuq. O, siyasət aləminin etalonu kimi tarixin gedişatına təsir göstərmək qüdrətinə, hadisələri bir neçə onilliklər öngörərək qabaqlayıcı tədbirlər həyata keçirmək dühasına, polad iradəyə, ensiklopedik biliyə, qibtəediləcək yaddaşa və nəsillərə örnək vətənsevərlik şücaətinə malik yenilməz şəxsiyyət kimi səciyyəndirilir.  Hamımıza bəllidir ki, tarixdə qalan liderlər çox olub, amma tarix yaradan liderlər barmaqla sayılacaq qədərdir. Heydər Əliyev Azərbaycanın müasir tarixini yaradan, dövrünün əsl əfsanəsinə çevrilmiş lider idi. Tarix onu nadir lider, qüdrətli dövlət başçısı, fədakar insan, dövlət quruculuğunun çətin tarixi vəzifəsini öz çiyninə götürə bilən əfsanəvi şəxsiyyət kimi xatırlayır. O, görkəmli siyasət və dövlət xadimi, xalqın əvəzolunmaz lideri olmaqla canlı əfsanə idi. Heydər Əliyev həm də unikal şəxsiyyət idi. Bir çox ölkələrdə Azərbaycanı əsasən onun sayəsində tanıyırdılar. Dünyanın görkəmli insanları, tanınmış siyasət və dövlət xadimləri onu Azərbaycanın qeyd-şərtsiz lideri, siyasət dünyasının korifeyi  adlandırırdılar. Ona görə də, Heydər Əliyev fenomeni daim diqqəti cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderin heyranlıqla yüksələn siyasi fəaliyyəti həm respublika, həm də dünya mətbuatında geniş işıqlandırılmışdır.                
      Bu gün dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində də, dövlət idarəçiliyinin fenomeni kimi də  həmişəyaşardır. Azərbaycanın son illər ərzindəki nailiyyətləri və davamlı yüksək templi inkişafı buna açıq-aydın sübutdur. Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin və ən nəhayət ərazi bütövlüyümüzün  müəllifidir. 
Azərbaycan və dünya tarixində yaşadığın kimi, qəlblərimizdə də işıqlı xatirən hər zaman yaşayacaq, əbədiyaşar LİDER!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla