AZ

Bakı Dövlət Universitetində iş var! – 136 vakansiya

Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edib.

BDU-dan Vətəninfo.az-a verilən məlumata görə, müsabiqəyə ümumilikdə 136 vəzifə çıxarılıb.

Qeyd olunub ki, onlardan biri dekan, 22-si kafedra müdiri, 113-ü professor, dosent, baş müəllim və müəllim vəzifəsidir.

Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən, 1 ay müddətində, 1996-cı 07 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
22

1Mənbələr

Şərh ()
Bağla